Rəsmi Kiyev yeni 3 illik planla bağlı maliyyə yardımı layihəsini BVF-yə təqdim etmək niyyətindədir.

Milli.Az axar.az-a istinadən bildirir ki,  layihə qəbul edilərsə, qurum Ukraynaya 10 milyard dollar həcmində maliyyə yardımı edəcək.

Bildirilib ki, Kiyev 2019-cu ilin martında bitəcək mövcud əməkdaşlığın dayanmaması üçün indidən kreditorlara müraciət edib.

BVF missiyasının sentyabrda Ukraynaya səfəri zamanı sözügedən məsələnin əhatəli şəkildə müzakirə edilməsi gözlənilir.

Milli.Az