Planetimizin canlı orqanizminin ulu əcdadı "Luka"nın nə vaxt yarandığı barədə "Nature Ecology and Evolution" jurnalında məqalə dərc edilib.
Milli.Az "ölkə.az"-a istinadən xəbər verir ki, alimlər onun 4.5 milyard il əvvəl yarandığını bildiriblər.
Arxeoloji və genetik məlumatlardan çıxan nəticəyə əsasən, "Luka" Yerin yaranma tarixi ilə birlikdə doğulub. Ehtimal edilir ki, Teyya planetinin Yerlə toqquşmasından sonra "Luka" yaranıb. Bakteriya və arxeya ilsə milyard il sonra yaranıb.
Planetimizdə ilk canlı orqanizmlər Arxey erası dövründə yaranıb. Bu gün isə aparılan qazıntılar sübut edir ki, mikroblar artıq 3.4 milyard il əvvəl Dünya Okeanında mövcud idi. Alimlər düşünürlər ki, həyat bu vaxtdan da əvvəl yarana bilərdi.
Milli.Az