Gürcüstanın Təhsil Nazirliyi Beynəlxalq Qara dəniz Universitetinə tələbə qəbulunu dayandırıb.
Buna səbəb kimi universitetin borclarını ödəməməsi göstərilib.
Nazirliyin nümayəndəsi Tamar Sanikidze bildirib ki, universitetin dövlətə 715 min lari borcu yığılıb: “Universitetin əmlakı tamamən müsadirə edilib. Rəhbərlik borcları ödəməkdən boyun qaçırır”.
Qeyd edək ki, sözügedən universitet Gürcüstanda 1995-ci ildən bəri fəaliyyət göstərir. Təhsil ocağı 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan FETÖ təşkilatına bağlıdır (Teleqraf.com).