Qaxda yanğın qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Qax rayonunun Əlibəyli kəndində "T-80" markalı traktorun qoşqusuna yıgılmış 1,75 ton ot bağlamasının 875 kq və qoşqunun 4 ədəd təkəri yanıb.

Traktor, qoşqu və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az