2017-ci ildə internetə girişi olmayan mobil telefonların qlobal satışı artıb.

Milli.Az xəbər verir ki, "Sky News" telekanalının məlumatına görə, bu cür telefonların satışı 5 faiz artdığı halda, smartfonların satışı yalnız 2 faiz artıb.

Telekanal qeyd edir ki, bu tendensiya sosial şəbəkələrə gecə-gündüz girişdən özünü bloklamaq istəyən istehlakçıların arzusu ilə bağlıdır. Kanalın materialında araşdırmanın kim tərəfindən keçirildiyi bildirilmir. (publika.az)

Milli.Az