İraqın Bəsrə əyalətində mindən çox insan içməli sudan zəhərlənib.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə ölkənin İctimai Səhiyyə İdarəsinin nümayəndəsi Ziyad Tarek məlumat verib.

Onun sözlərinə görə, suyun çirklənməsi səbəbindən bakteriyalardan zəhərlənmə halları əyalətin bir neçə rayonunda qeydə alınıb: "Zəhərlənən insanların sayı 1000 nəfəri keçib. Onların əksəriyyəti müalicə alır".

Milli.Az