Rusiya Premyer Liqasında 4-cü turun görüşləri keçirilir.
Milli.Az xəbər verir ki, Azərbaycan əsilli futbolçu Ayaz Quliyevin oynadığı "Rostov" "Yenisey"i qəbul edib və 4:0 hesablı qələbə qazanıb.
90 dəqiqə meydanda olan Ayaz qarşılaşmada 1 qol vurub və 1 assist edib. Quliyev 35-ci dəqiqədə Siqurdarsonun vurduğu qolun ötürməsini edib. Ayaz 83-cü dəqiqədə oyunda son nöqtəni qoyub.
"Rostov" Premyer Liqanın turnir cədvəlində 9 xalla 3-cü yerdə qərarlaşıb.
"Rostrov" - "Yenisey" 4:0
Qol: Byoern Siqurdarson, 35, Maiey Vilusz, Aleksey İonov, 58, Ayaz Quliyev, 83
Videonu izləmək üçün şəklə klikləyin:
Milli.Az