Bakı, 22 aprel, AZƏRTAC
Görkəmli avstriyalı bəstəkar Arnold Şönberqin “İntizar” monodramının bəstəkar, əməkdar incəsənət xadimi Fərəc Qarayevin redaktəsində Vyanada ifası davam edir.
AZƏRTAC bəstəkarın saytına istinadla xəbər verir ki, aprelin 23-də, 25-26-da şəhərin “EMS Lounge” salonunda “Amadeus” ansamblı tərəfindən ifa ediləcək. Ansambla Volter Kobera dirijorluq edəcək. Solist Maqdalena Anna Hofmandır.
Xatırladaq ki, monodramın Vyanada premyerası aprelin 21-də olub.
Arnold Şönberqin böyük orkestr və soprano üçün yazdığı “İntizar” monodramını bəstəkar Fərəc Qarayev 2004-cü ildə instrumental ansambl və soprano üçün işləyib.