Şimali Koreya rəhbərliyi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) ölkə ərazisində mülki təyyarələrin uçuşunun təhlükəsizliyinə əmin olmaq məqsədilə yoxlamalar aparmasına icazə verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Kiodo" agentliyi məlumat yayıb.

Məlumata görə, İKAO heyəti növbəti ildən Şimali Koreyaya gedəcək.

Mütəxəssislər bir vaxtlar ballistik raketlərin buraxıldığı meydançalara da baş çəkəcəklər.

Milli.Az