BP şirkətinin baş icraçı direktoru Robert Dudley neftlə bağlı bədbin açıqlama verib.

ANS PRESS-in məlumatına görə, o bəyan edib ki, yaxın bir neçə ildə neftin bahalaşacağı mümkün deyil: "Yaxın bir neçə ildə neftin qiyməti aşağı olaraq qalacaq və enerji şirkətləri bu reallığa uyğun hərəkət etməlidirlər.”

Onun sözlərinə görə, qazma işlərinin 2 dəfədən də çoz azalmasına baxmayaraq, ABŞ-da neft istehsalı yüksəlməkdə davam edəcək.

"Ekson Mobil" şirkətinin icraçı direktoru Rex Tillerson da CNBC televiziyasına müsahibəsində oxşar bəyanatla çıxış edib, ümidləri "qara qızıl"a bağlamamağı tövsiyə edib.
Mənbə
ANS PRESS