Pakistanın yeni baş naziri İmran Xanın andiçmə mərasimini qəbul edir və məmnuniyyətlə qarşılayırıq.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri ABŞ Dövlət Katibliyinin sözçüsü Hizer Noyert Pakistanın yeni baş naziri ilə bağlı bəyanatında bildirib.
"ABŞ-Pakistan müttəfiqliyi 70 il ərzində çox vacib rol oynayıb. ABŞ Pakistanın yeni hökumətinin ölkəyə və bölgəyə gətirəcəyi sülh və rifahı dəstəkləmək üçün səbrsizlənir",- Noyert qeyd edib.
Xatırladaq ki, Pakistanın Təhriki İnsaf Partiyasının lideri İmran Xan bu gün Pakistanın 22-ci baş naziri kimi and içərək vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
Milli.Az