Arxeoloqlar Krit-Minoy mədəniyyətini məhv edən Santorin adası vulkanının yaşını müəyyən ediblər.
Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, bunu qədim ağacların yaş halqası vasitəsilə tədqiq edən alimlər "Science Advances" jurnalında məqalə dərc ediblər.
Arxeoloqlar və geoloqlar uzun müddətdir ki, bu hadisənin nə vaxt baş verməsi haqqında mübahisə aparırlar. Əlyazmalar bir tarix, artefakt və digər tarixi abidələr başqa tarixi, radio-karbon analizi isə tamamilə başqa tarixi göstərirdi.
Vulkan püskürənə qədər Santorin arxipelaqı vahid ada şəklində olub. Eramızdan əvvəl XVII əsrin sonlarında dəhşətli vulkan adanı iki yerə böldü. Adanın bölünməsi sunami dalğalarına səbəb oldu və qonşu Krit adasını batırdı. Eyni zamanda digər adalar da ziyan çəkdi. Bu zərbələr Krit-Minoy mədəniyyətini məhv etdi. Bu kataklizmanın nəticəsi qədim Misirdə və digər dövlətlərdə hiss edildi.
Alim Pirson bildirir ki, vulkan püskürməsi qədim dövrdə olub amma onun dəqiq nə vaxt baş verdiyi mübahisə mövzusu olub.
Qədim Misir mənbələri və İtaliya, Yunanıstanda tapılan müxtəlif artefaktlar XVI əsrin əvvəli, 1570-ci ili və daha sonrakı illəri göstərir. Amma Qrenlandiya buzlarındakı vulkan külünün analizi Santorin adasının eramızdan əvvəl 1628-ci ildə məhv olduğunu ortaya çıxarır. Pirson və həmkarları qədim ağacların yaş halqasını araşdıraraq dəqiq vaxtı ortaya qoyublar. Alimlər Kaliforniya və İrlandiyada 5000 il və 2000 il yaşı olan palıd ağacları ilə bunu müəyyən ediblər.
Milli.Az