Tacikistan Prezidenti İmaməli Rəhman 17 il ərzində ilk dəfə Özbəkistana səfər edib.

Milli.Az Report-a istinadən bildirir ki, onu Daşkəndə Özbəkistan Prezidenti Şövkət Mirziyayev dəvət edib.

Özbəkistan mətbuatı yazıb ki, iki ölkə başçısının görüşündə siyasi, ticari-iqtisadi, nəqliyyat və rabitə, turizm, mədəniyyət, humanitar sahələrdə və regionlararası əməkdaşlıq məsələləri müzakirə ediləcək. Bir sıra vacib sənədlərin, o cümlədən strateji tərəfdaşlıq haqqında sazişin imzalanacağı gözlənilir.

İ.Rəhmanın səfəri iki gün davam edəcək.

Qeyd edək ki, bu ilin yazında da Özbəkistan prezidenti tarixdə ilk dəfə Tacikistana səfər edib.

Milli.Az