“Şərq Tərəfdaşlığı” ölkələrinin sammiti Aİ-nin tərəfdaş ölkələr ilə münasibətlərini qiymətləndirəcək
Riqa, 22 aprel, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edən ölkə kimi Latviya mayın 21-22-də Riqada yüksək səviyyədə sədrliyinin ən mühüm xarici-siyasi tədbirlərindən birini - “Şərq tərəfdaşlığı” (ŞT) Proqramının üzvü olan ölkələrin sammitini keçirəcək. Müşavirədə Aİ-nin 28 ölkəsinin və “Şərq Tərəfdaşlığı”nın altı tərəfdaş ölkəsinin yüksək vəzifəli şəxsləri, habelə Aİ təsisatlarının siyasi rəhbərliyi, o cümlədən Avropa Parlamentinin sədri Donald Tusk, Avropa Komissiyasının sədri Jan Klod Yunker iştirak edəcəklər. Gözlənildiyinə görə, Riqa sammiti Aİ-nin xarici siyasətində Avropa qonşuluq siyasətinin tərkib hissəsi kimi “Şərq Tərəfdaşlığı” siyasətinin strateji əhəmiyyətini təsdiq edəcək. Sammitdə ŞT siyasətinin həyata keçirilməsinin aktual məsələləri və çağırışları müzakirə olunacaq, habelə yaxın illərdə Aİ-nin tərəfdaş ölkələr ilə əməkdaşlığının inkişafının əsas istiqamətləri qeyd olunacaq.
Riqa sammiti mayın 21-də Aİ və ŞT-nin üzvü olan ölkələrin rəhbərlərinin rəsmi işgüzar şam yeməyi ilə başlayacaq. Mayın 22-də Latviya Milli Kitabxanasında yüksək nümayəndələrin iştirakı ilə plenar sessiya keçiriləcək, sonra sammitin nəticələrinə həsr olunmuş mətbuat konfransı olacaq. Riqa zirvə görüşündə Aİ və ŞT ölkələrinin rəhbərləri birgə bəyannamə təsdiq edəcəklər. Bəyannamədə əldə olunmuş nəticələr qiymətləndiriləcək və növbəti sammitə qədər ŞT siyasətinin prioritet vəzifələri müəyyən olunacaq.
Gözlənildiyinə görə, ŞT siyasətinin strateji əhəmiyyətinin təsdiqi sammitin əsas siyasi yekunlardan biri olacaq. Sammitdə açıqlığa, şəffaflığa və qarşıdurma xarakteri daşımayan birgə məqsədlərin müəyyən edilməsinə əsaslanan tərəfdaşlıq ŞT siyasətinin formalaşmasının prinsipləri kimi göstəriləcək, habelə ŞT-nin hər hansı üçüncü tərəfə qarşı yönəlmədiyi vurğulanacaq.
Riqa sammiti Aİ ilə üç tərəfdaş dövlət – Gürcüstan, Moldova və Ukrayna arasında assosiasiya haqqında saziş imzalanandan sonra birinci zirvə görüşü olacaq. Sammitdə assosiasiya haqqında sazişlərin icrasının ilkin yekunları qiymətləndiriləcək.
Sammitdə digər üç tərəfdaş dövlət – Azərbaycan, Belarus və Ermənistan ilə əməkdaşlığa dair ŞT siyasətinin acdığı imkanların inkişafına da qiymət veriləcək. Bu tərəfdaşlardan hər biri ilə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirən Aİ onlar ilə dialoq zamanı fərdi yanaşmanı daha çox nəzərə almağa hazır olduğunu təsdiq edəcək.
Riqada sammit çərçivəsində üç irimiqyaslı tədbir olacaq. Mayın 20-də ŞT ölkələri KİV-lərinin ilk konfransı keçiriləcək. Konfransda Şərq qonşuları regionunda media mühitin yaxşılaşdırılması məqsədi ilə ŞT regionunda media və plüralizm sahəsində aktual çağırışlar müzakirə olunacaq. Mayın 21-də ŞT-nin üçüncü İşgüzar forumu keçiriləcək. Forumda Aİ və ŞT ölkələrinin biznesmenləri arasında sahibkarlıq fəaliyyəti əlaqələrinin genişləndirilməsi məsələləri diqqət mərkəzində olacaq. Mayın 20-21-də ŞT-nin vətəndaş cəmiyyətinə həsr olunmuş ikinci konfransında Aİ və ŞT ölkələrinin qeyri-dövlət sektorunun nümayəndələri, ekspertləri, siyasətçiləri və vəzifəli şəxsləri tərəfdaş dövlətlərdə vətəndaş cəmiyyətinin rolunun daha da möhkəmlənməsindən danışacaqlar.
“Şərq Tərəfdaşlığı” Proqramının üzvü olan ölkələrin birinci sammiti 2009-cu ildə Praqada keçirilib və Aİ-nin altı tərəfdaş dövlət ilə əməkdaşlığının inkişafının ümumi və vahid siyasi platformasının təməlini qoyub. ŞT-nin 2011-ci ildə Varşavada keçirilən ikinci sammitində Aİ-nin tərəfdaşlar ilə münasibətlərdə fərqli yanaşma nümayiş etdirməsinin zəruriliyi, habelə sektoral əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Üçüncü zirvə görüşü isə 2013-cü ildə Vilnüsdə keçirilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51