Sakit okeanda, Meksika sahillərində "Leyn" qasırğası formalaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda "Leyn" qasırğası Meksikanın Aşağı Kaliforniya ştatından 2,5 min kilometr aralıdadır və saatda 24 kilometr sürəti ilə qərb və şimal-qərb istiqamətində hərəkət edir.

Qasırğanın mərkəzində küləyin maksimal sürəti saatda 120 kilometr təşkil edir. Yaxın 36-48 saat ərzində qasırğanın güclənəcəyi gözlənilir.

"Leyn" bu ilin ən güclü qasırğası ola bilər.

Milli.Az