Fransanın şimalında, Ena departamentində uşaqları daşıyan avtobus yük maşını ilə toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Paris - Strasbuq avtomobil yolunda baş verən toqquşma nəticəsində 9 nəfər xəsarət alıb.

Hadisə yerinə gələn təcili yardım briqadaları xəsarət alanları xəstəxanaya çatdırıblar. Onlardan 2-nin vəziyyəti ağırdır.

Milli.Az