Analarının intihar etmə xəbərindən sonra Hadisə və bacıları arasında soyuq müharibə başlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, birlikdə işləyən bacılar yollarını ayırıblar. İndi isə onlar İnstaqramda bir-birilərinə söz atan statuslar paylaşırlar.

Hadisənin böyük bacısı Hülya Açıkgöz ona sərt sözlər ünvanlayıb:

"Ulduzlar düşər. Mən adi bir insanam. Öyrəndim ki, insanlar etdiyinizi və dediyinizi unudurlar. Amma sizə qarşı hiss etdiklərini heç vaxt unutmazlar".

Milli.Az