Səfəvilər sülaləsinin kökü barədə alimlər arasında müəyyən fikir ayrılıqları vardır. Bəzi alimlər bu sülaləni kürd əsilli, bəzi alimlər isə türk əsilli sayırlar. Lakin Səfəvilərin seyid olmaları, İmam Kazimin (ə) oğlu Həmzənin nəslindən gəlmələri daha məşhurdur. Səfəvilərin seyidliyini şübhə altına qoyan fikirlər əsasən Cənubi Azərbaycan əsilli Əhməd Kəsrəvi (1890-1946) tərəfindən irəli sürülmüşdür.
Milli.Az islam.az-a istinadən bildirir ki, lakin onun gətirdiyi sübutlar əksər hallarda subyektiv qənaətə söykənir, müəllifin özü də siyasi sifarişlə işləyən şəxs kimi tanınımışdır. Səfəvilərin seyyidlik şəcərəsinin guya onlar hakimiyyətə gəldikdən sonra qondarma şəkildə hazırlandığını iddia edənlər də vardır. Həqiqətən, XVI əsrə kimi qələmə alınmış tarixi mənbələrdə Səfəvilərin seyidliyini təsdiq edən məlumatlar azdır. Lakin bu məlumatarı heç saymaq da olmaz. Səfəvilərin hakimiyyətə gəlişindən əvvəl qələmə alınmış bəzi tarixi və ədəbi yazı abidələrində bu şəcərənin nümayəndələri Peyğəmbərin (s) övladları kimi xatırlanır. Üstəlik, son yüzilliklərdə yaşamış bir sıra görkəmli tarix və rical alimləri də Səfəvilərin seyid köklü olmasını öz əsərlərində təsdiq etmişlər.
Milli.Az