"Mançester Yunayted" mövsümlərarası fasilədə hücum xəttini gücləndirmək niyyətindədi.
Metbuat.az-ın xəbərinə görə, baş məşqçi Lui van Qal "Bavariya"nın forvardı Robert Levandovskinin transfer edilməsini istəyir. Artıq "mankunyanlar" Bavyera təmsilçisinə rəsmi təklif də göndəriblər.
Polşalı futbolçunun menecerinin sözlərinə görə, o, "Bavariya"nı tərk etmək istəmir.