Şəmkir rayonunda 26 yaşlı gənc intihar edib.

Milli.Az Report-a istinadən bildirir ki, hadisə rayonun Könüllü kəndinin ərazisindəki Alabaşlı dəmir yolu stansiyasınıda qeydə alınıb.

1992-ci il təvəllüdlü Nadir Məmmədov özünü Alabaşlı dəmir yolu stansiyasınıda yük vaqonundan asaraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

Milli.Az