Bakı. 22 aprel. REPORT.AZ/ "Rusiyanın "S-300" zenit - raket qurğusu Tehrana təhvil veriləndən sonra İranı vurmaq istəyənlər iki dəfə düşünməlidir". "Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Sputnik", "Exo Moskva" və "Qovorit Moskva" radiostansiyalarına canlı müsahibəsində deyib.
O, Rusiyanın bu qərarı ilə bağlı ABŞ-ın mövqeyinə təəccübləndiyini bildirib: "İranı vurmaq istəyənlər yəqin bu addımı atmazdan öncə azı iki dəfə fikirləşməli olacaqlar. Bu bizim hüququmuzdur və qanunu pozmamışıq. Bununla da  İranın danışıqlara daha konsrukitv yanaşmasını stimullaşdırmışıq. Bu stimullaşdırma öz işini gördü. Məsələnin (İranın nüvə proqramı üzrə danışıqları nəzərdə tutur - S.İ.) siyasi çərçivədə danışıqlar yolu ilə həlli prosesində vacib mərhələyə çatmışıq".
Xatırladaq ki, ABŞ rəsmiləri Rusiyanın "S-300" zenit-raket qurğularını İrana göndərməsi ilə bağlı narazılıqlarını bildiriblər. ABŞ prezidenti Barak Obma deyib ki, əgər İranı vurmaq istəsələr "S-300"  raketləri Tehrana yardım etməyəcək.