Sudanda Nil çayında hərəkət edən katerin aşması nəticəsində 22 məktəbli və bir qadın həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, qəzaya səbəb katerin mühərrikinin sıradan çıxması olub.

Qəza zamanı katerdə 40-dan çox məktəbli olub.

Çayda güclü axına düşdükləri üçün onları xilas etmək mümkün olmayıb.

Milli.Az