Qalanın ərazisi kifayət qədər böyükdür - şərqdən qərbə təxminən 380 metr və cənubdan şimala 150 metr təşkil edir. Qalanın şərqdə yerləşən aşağı hissəsi günün istənilən vaxtında hər kəsin üzünə açıqdır. Qalanın qərbdəki yuxarı hissəsi isə muzey ərazisi hesab olunur. Aşağıdan yuxarıya köhnəlmiş pilləkən var, şimal tərəfdən isə buraya daxil olmaq üçün ayrıca qapılar mövcüddur. Bu hissə pilləvari quruluşa malikdir və ən yuxarı qülləyə çatmaq üçün hər zaman yuxarı qalxmaq lazım gəlir.
Tarixi abidənin yuxarı hissəsi aşağıdan daş divarla ayrılır. Bu divarın şimal tərəfi zəng qülləsi olan xristian kilsəsi ilə birləşir. Ərazidə fəvvarə və Mavritaniya üslubunda qapalı qalereya, Əhmədiyyə məscidi, həmçinin Samtsxe-Cavaxeti muzeyi yerləşir. Əhmədiyyə məscidi XVIII əsrdə tikilib və Əhməd paşanın şərəfinə adlandırılıb. Turistlər onu gözəlliyinə görə İstanbuldakı Ayasofiya məscidi ilə müqayisə edir.
Qaladan fotoreportajı oxucularımıza təqdim edirik:






















