ABŞ-ın sabiq prezidenti Barak Obamanın qızı Maliya Obama Fransanın paytaxtı Parisdədir. O, sevgilisi, britaniyalı Rori Farkharsonla birlikdə amerikalı müğənni Beyonsenin konsertinə yollanıb.
Milli.Az European-a istinadən bildirir ki, "Stade de Paris" arenasındakı konsertə 19 yaşlı Maliyanın anası Mişel və bacısı Saşa da getmişdilər.
Barak Obama isə Keniyadadır. O, əmisi qızının açdığı Gənclər Mərkəzinin təntənəli açılış mərasiminə qatılıb.
Maliya Obama Harvard Universitetində təhsil alır.
Milli.Az