Yuxu həyat üçün, sağlamlıq üçün və bədənimiz üçün əvəzolunmaz bir fenomendir.
Bir insan bütün həyatının təxminən üçdə birini yuxuda keçirir. Bu prosesin keyfiyyətli, nizamlı və yetərli olması gündəlik həyatımızı ən yaxşı şəkildə keçirməyimizi təmin edir, ruh və bədən sağlamlığımızı qorumaqda yardımçı olur.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, keyfiyyətli bir yuxu həyatımız üçün çox lazımdır. Bəs, nə qədər yatmalıyıq? Gecə saat neçədə yatmalıyıq? Yuxumuzu öz istədiyimiz şəkildə qura bilərikmi?
Bu sualın cavabı insandan insana, yaşdan yaşa dəyişir.
Körpələr ilk 3 ay gecə və gündüzə bərabər şəkildə bölünmüş yuxu periyodları halında 16-18 saatını yuxuda keçirərkən, 6 ayından etibarən gündüzü daha ayıq halda keçirirlər. Yaş artması ilə birlikdə yuxu periyodlarımız da azalır.
Bir insan gündə 10 saat yuxu ilə özünü yaxşı hiss edirsə, 8 saat yatanda yuxusu yetərsiz qalacaq və günü yorğun keçirəcək. Gecə gec yatan və uzun yuxu müddəti olmayan şəxslər kifayət qədər yatmadığı üçün iş həyatında səhər saatlarında olduqca çətinlik çəkirlər, işdə olan potensialları aşağı enir; çay, qəhvə içərək özlərini oyatmağa çalışırlar. Bu isə, yanlış bir həyat tərzidir. Əgər insan bu şəkildə yaşayırsa, sağlamlığını tez bir zamanda itirir və tez qocalır.
Milli.Az