Azərbaycan Milli Elmlər Akademiyasının "Yüksək Texnologiyalar Parkı"nın ümumi məsələlər üzrə direktor müavini Elxan Bayramov texnoparkın direktor vəzifələrini müvəqqəti icra edən təyin olunub.

Milli.Az bildirir ki, bu barədə Trend-ə "Yüksək Texnologiyalar Parkı"ndan bildiriblər.

E.Bayramov bu vəzifədə Vüqar Babayevi əvəz edib.

Qeyd edək ki, V.Babayev hazırda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar elm və informasiya məşvərət mərkəzinin baş direktor vəzifəsini tutur.

Milli.Az