ABŞ prezidenti Donald Trampın Türkiyəyə qarşı iqtisadi
hücumlar etməsi türk lirəsinin dollar qarşısında sürətlə dəyər
itirməsi ilə nəticələndi.
Publika.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyip
Ərdoğan xalqı əllərindəki dollarları, avroları və qızılları lirəyə
çevirməyə və iqtisadi müharibədə dövlətə dəstək verməyə
çağırdı.
Bundan sonra Türkiyənin hər yerində xalq bu çağırışa qoşuldu.
Diqqət çəkən məqamlardan biri isə Türkiyədə böyük biznesmenlərlə
yanaşı, sadə camaatın da bu kampaniyaya gücü çatan qədər dəstək
verməsidir. Hətta kiçik ticarətlə məşğul olan bir çox şəxs “200
dollar dəyişdirib gələnə tərəvəz pulsuz”, “300 dollar dəyişdirib
gələnə hər şey pulsuz” plakatları açaraq, kampaniyaya dəstək
veriblər. Bununla yanaşı, dolları lirəyə dəyişdirib evinə qayıdan
yolçuları şəxsi avtobuslar pulsuz aparırlar.
Dünyanı heyran qoyan həmin fotoları təqdim edirik:
Asif