ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton və Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıc arasında Vaşinqtonda görüş keçirilib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər ki, bu haqda Ağ Evin mətbuat xidməti bildirib.
“Onlar Türkiyədə rahib Endrü Bransonun nəzarət altında saxlanılmasını və iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyətini müzakirə etdilər”, - xəbərdə deyilir.
Qeyd edilir ki, görüş türk tərəfinin istəyi ilə baş tutub.