Almaniyanın kansleri Angela Merkel ABŞ-ın Türkiyəyə
qarşı iqtisadi müharibəsinə qarşı çıxıb.
Publika.az xəbər verir ki, Merkel Türkiyə iqtisadiyyatının
zəifləməsinin heç kimin marağına xidmət etmədiyini bildirib.
“Türkiyə iqtisadiyyatının çökməsi heç kimin marağına uyğun deyil.
Almaniya Türkiyənin iqtisadi rifah içində olmasını istəyir”, - deyə
Merkel vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın Türkiyəyə iqtisadi hücumundan sonra dünyanın
müxtəlif yerlərindən türk lirəsinə dəstək gəlir.
Asif