Ermənistanın Qeqarkunik əyalətinin Çambarak şəhərində ağır yol qəzası baş verib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu gün səhər
saat 07:40 radələrində Çambarak şəhərində “Mersedes” və “VAZ 2107”
markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobilin ağır
xəsarət alan sürücüləri Qoris şəhərinin tibb mərkəzinə
yerləşdirilib.
Qeyd olunur ki, onların ikisi də Ermənistan ordusunun
hərbçisidir.
“Mersedes” markalı avtobolin sürücüsü 39 yaşlı Aram Arutyunyan
Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində tağım
komandiri olan zabitdir. “VAZ 2107” dövlət nişanlı avtomobilin
sürücüsü 39 yaşlı Ruslan Arutyunyan isə Ermənistan ordusunda
müqavilə əsasında xidmət keçən hərbi qulluqçudur.
Hadisə yerinə Ermənistan ordusunun 4-cü bölüyünün 2-ci batalyonun
əməkdaşları və müstəntiq Arutyun Marqaryan də gəlib. Hazırda erməni
hərbçilərin qəzası ilə bağlı cinayət işi açılıb, istintaq
aparılır.
Qeyd edək ki, bu, Ermənistanda hərbçilərin və zabitlərin iştirakilə
baş verən ilk yol qəzası deyil.