Çinin cənub-qərbində yerləşin Yunnan əyalətində zəlzələ baş verib.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, Çinin seysmoloji mərkəzinin məlumatına görə, yeraltı təkanların gücü 5 maqnitudu olub.
Məlumata görə, zəlzələnin episentri Yuysi şəhərindən 30 kilometr cənub-şərqdə, 7 kilometr dərinlikdə yerləşirdi.
Çinin mərkəzi televiziyasının məlumatına görə, təbii hadisə nəticəsində ən azı 8 insan zərər çəkib, həlak olanlar haqqında məlumat yoxdur. Zəlzələdən ən çox zərər çəkən Yuysi şəhərində hazırda 200-dən çox xilasedici, həmçinin hərbçilər, həkimlər və təcili xidmətlərin başqa əməkdaşları işləyirlər. Yüzlərlə yaşayış evinə və başqa binaya zərər dəyib. Zəlzələnin episentrinə yaxın ərazilərdə elektrik təchizatı pozulub.