Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Heydər Əliyev prospektində yolu keçmək istəyən 25-30 yaşlı qadın taksi kimi fəaliyyət göstərən avtomobil tərəfindən vurulub.

Yaralı aldığı xəsarətlərdən xəstəxanaya aparılan zaman yolda keçinib.

Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır (Report).