Müasir dövrdə rəqabət həyatımızın bir parçasına çevrilib. Bəzi insanlar var ki, rəqabətsiz yaşaya bilmirlər.

Milli.Az moneta.az-a istinadən bildirir ki, özlərini inkişaf etdirmək üçün rəqiblərə ehtiyac duyar və özlərini rəqabətcil mühitdə yaxşı hiss edərlər.

Həddən artıq rəqabətcil insanların özəlliklərini incələyək.

1) Uşaqlıqlarında qardaşı və ya bacısı varsa, özlərini çox kiçik yaşlarından rəqabət mühitində hiss etməyə başlayar və qardaş-bacılarını ötməyə çalışarlar.

Evin kiçik uşaqları daha rəqabətcil olurlar.

2) Məktəbdə özünə rəqib gördüyü şagirddən daha aşağı qiymət alması, rəqabətcil şagird adi şagird ilə müqayisədə daha çox təsirlənər.

3) Həyatda ən böyük motivasiyaları bir yarış içində olmaqdır.

Hansı mövzu olursa olsun, bir yarış içərisində olmaq, onların ən böyük motivasiyasıdır.

4) Bir insan hər hansı bir mövzuda onlardan daha çox şey bilirsə, rəqabətcil insanlar həmin yeri tərk etməyə meylidirlər.

5) Özlərini normal insanla müqayisədə daha çox yorarlar.

Bunun səbəbi normalda insanlar özlərinə kiçik fasilələr verərkən, rəqabətcil insanlar həmişə yarışda arxada qalacaqları qorxusuyla istirahət etməyi təxirə salarlar.

6) Ümumiyyətlə, rəqabətcil insanlar çalışqan olurlar.

Özünü həmişə rəqabətin içində hiss edən insan qazanmaq üçün əlindən gələni etməyə çalışır.

7) Hamı kimi olmaqdan qorxarlar, buna görə etdikləri hər şeyi fərqli bir şəkildə etməyə çalışarlar.

8) Münasibətlərində, şəxsi həyatlarında və işlərində rəqabət olmasa, motivasiyalarını itirər və özlərini boşluqda hiss edərlər.

Rəqabətin bəxş etdiyi şirin həyacana vərdiş edən rəqabətcil insan, rəqabətin olmadığı mühitdə özlərini boşluq içində hiss edər.

9) Tək başına daha yaxşı işləsələr də, komanda işlərində tək olduqları qədər yaxşı performans göstərə bilmirlər.

10) Stres altında daha yaxşı işləyərlər.

11) Özlərindən daha uğurlu olan insanları qısqanmaq meylləri var.

Bu xarakter hər nə qədər qıraqdan pis kimi görünsə də, bəzi rəqabətcil insanlar başqalarının uğurlarından və uğursuzluqlarından dərs çıxarıb öz həyatlarına tətbiq edə bilirlər.

Milli.Az