İmişlidə 23 yaşlı gənc bibisi qızını öldürüb.

İmişli rayon prokurorunun köməkçisi İsgəndər Cabbarovun anspress-ə verdiyi məlumata görə, hadisə dünən günorta 14 radələrində rayonun Qaragüvənlikli kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Vüsal Atamoğlan oğlu Tağıyev ailə münaqişəsi zəminində bibisi qızı, 1994-cü il təvəllüdlü Emilya Bahadır qızı Hüseynovanı kürək nahiyəsindən bıçaqlayıb.

Qız aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən Vüsal Tağıyev həbs edilib.

Fakta bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az