Bakı, 22 aprel, AZƏRTAC
Aprelin 22-i saat 22:00-dan etibarən paytaxtın Həsən Əliyev küçəsinin Tbilisi prospektindən Atatürk prospektinin kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ərazidə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.
Sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.