Gözləri mavi olanlar elə makiyaj çəkməlidirlər ki, daha da cəlbedici görünsünlər.

Axşam.az xarici mətbuata istinadən göz rəngi mavi olanlara makiyaj məsləhətləri təqdim edir:

1. İlk növbədə gözün içinə, alt və üst hissəsinə yaxşıca qara qələm çəkmək lazımdır.

2. Göz rəngi mavi olanlar açıq-qəhvəyi, çəhrayı göz kölgəsindən istifadə etməlidirlər.

3. «Smoky eyes» göz makiyajından istifadə məsləhətdir.

4. Bu tip gözlərdə tuş çox tünd olmalıdır.

5. Çalışın, qaşlarınızı tünd rəngə boyayın.