Namazda səcdələrin sayını unudan kimsə əmin olduğu sayı əsas götürməlidir. Beləliklə də, daha az sayda olanı müəyyənləşdirməklə namazına davam etsin və namazın sonunda salamdan əvvəl iki dəfə səhv səcdəsi eləsin. Salamdan sonra da səhv səcdəsi etsə qəbahət deyil.
Milli.Az zikr.az-a istinadən bildirir ki, Əbu Səid əl-Xudrinin (Allah ondan razı olsun) rəvayət etdiyinə görə Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Sizdən biri namazında şübhə edər, üçmü yoxsa dördmü qıldığını müəyyən edə bilməzsə, şübhəni atsın və ən az rükəti əsas alaraq namazına davam etsin". (əz-Zeylai "Nasbur-Rayə", 2/174).
Həmçinin demişdir: "Sizdən biri namazda yanıldığı zaman iki dəfə səcdə etsin". (İbn Məcəh "İqamə", 129).
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) belə demişdir: "Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur ki, sizdən biri namazı üç rükət yoxsa dörd rükət qıldığı haqda şübhəyə düşərsə, şübhəsini atsın və qəti olaraq bildiyi nədirsə, namazını ona görə tamamlasın. Salam verməzdən əvvəl də iki səcdə etsin. Əgər beş rükət qılıbsa, bu səcdələr namazına şəfaətçi olar. Əgər tam qılıbsa, bu iki əlavə səcdə şeytanın ondan uzaqlaşdırılmasına səbəb olar". (əl-Buxari "Səhv", 6, 7; Muslim "Salat", 19, 20; İmam Əhməd "Musnəd" 3/12, 37, 42).
Milli.Az
Namazda səcdələrin sayını unudan nə etməlidir?
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bu bürclər üçün şans qapıları açılır
milli.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10