Rusiya və Çin kosmik məkanı hərbi hərəkət teatrına çevirərək burada hərbi imkanları gücləndirir.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqdaABŞ-ın vitse-prezidenti Mayk Pens Müdafiə Nazirliyində (Pentaqon) çıxışında bildirib.
Onun sözlərinə görə, bu gün başqa ölkələr kosmosda yerləşən Amerika sistemlərini heç vaxt olmadığı qədər pozmağa və kosmosda ABŞ-ın liderliyinə son qoymağa çalışırlar. Vitse-prezident qeyd edib ki, ABŞ onlara güzəşt etməyəcək.
“Biz Trampın rəhbərliyi altında ölkəmizi müdafiə edəcəyik və həm dünya, həm də kosmosda dinc bir gələcək quracağıq. Tarix sübut edir ki, sülh güc vasitəsilə gəlir”, - o vurğulayıb.