Zəhmətkeşlikləri ilə tanınan qarışqaların arı pətəyinə çatması üçün istifadə etdikləri üsul görənləri təəcübləndirib.

Metbuat.az-ın “Haberler.com”a istinadən verdiyi məlumata görə, harada çəkildiyi bilinməyən görüntülərdə tavanda asılı duran arı pətəyinə çatmaq üçün uc-uca dayanaraq kəndir kimi düzülən bu qarışqalar izləyənləri çox təəcübləndirib.

Qarışqaların nə qədər əzimli olduğunu göstərən video sosial şəbəkələrdə izlənmə rekordu qırıb.

http://matbuat.az/news/1004857/iltihaba-faydali.ht...