Danimarkanın paytaxtı Kopenhagendə keçirilən "Copenhagen Fashion Week" moda şousunda iranlı dizayner Reza Etimadinnin MUF10 brendinin yeni korllepksiyası nümayiş olunub.

Milli.Az European-a istinadən bildirir ki, nümayiş zamanı podiuma çarşablı, niqablı və burkalı modellər çıxıblar.

Üstəlik, onlar polis forması geyinmiş kişi modellərlə əl verib görüşüblər, polislərdən çiçək dəstələri alıblar.

Etimadinin sözlərinə görə, bu minvalla Danimarkada ictimai yerlərdə qadınların niqabda və burkada dolaşmasına qoyulmuş qadağaya etiraz edir.

"Niqabla burkanı yasaqlayan hakimiyyət dairələri bu minvalla qadınların insan haqlarını pozur, demokratik dəyərləri tapdalayırlar", - Reza Etimadi deyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Niqaba görə cərimənin olduğu yerdə niqab modası