Venesuelanın Milli Təsis Yığıncağı çərşənbə günü öz xüsusi iclasında parlamentin müxalifətdən olan deputatları Xulio Borxes və Xuan Rekesensi toxunulmazlıq hüququndan məhrum edib.

Milli.Az Report-a istinadən bildirir ki, müvafiq qərar prezident Nikolas Maduronun ötən gün onların hər ikisini dronlardan istifadə yolu ilə sui-qəsddə iştirakda günahlandırmasından sonra qəbul olunub.

Borxes bu ittihama cavabında baş verənləri məzhəkə adlandırıb. O həmçinin hakimiyyəti deputat Rekesensi parlament toxunulmazlığı olduğu halda oğurlamaqda ittiham edib.

Borxes və Rekesensin toxunulmazlığının ləğvinə Təsis Yığıncağının, əsasən Maduro tərəfdarlarından ibarət olan bütün üzvləri səs verib.

Milli.Az