Taylandda yaşayan Vijitpraforn Punbu adlı qız anadan qüsurlu çənə ilə doğulub.
Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, Punbu bir televiziya verilişində qalib gəlib və bununla da bütün həyatı dəyişib. 19 yaşlı koreyalı qız müsabiqədə qalib gəldiyi üçün pulsuz plastik əməliyyat kuponları əldə edib.
Qüsurlu çənəsi olduğu üçün xoruldayır, yemək yeyəndə problem yaşayır, ciddi həzm problemi yaşayırdı. Taylandda bir neçə plastik əməliyyat keçirən qız 3 ay ailəsindən uzaq qalıb. Nəticə inanılmaz olub.
Pundu əməliyyatlardan sonra tanınmayacaq dərəcədə dəyişilir. Özünə inamı artan qız deyib:
"Bütün əziyyətim buna dəydi. Nəticədə gözəl olmaq istəmədiyini deyən insan yoxdur. Əməliyyatlar keçirilənə qədər çox əziyyət çəkmişəm. İnsanlar mənə ya gülürdülər, ya da mənə yazıqları gəlirdi. Amma indi hər şey geridə qalıb".
Hazırda Punduya Koreyadan da, Taylanddan da modellik təklifləri gəlir. O, bundan sonra həyatına model kimi davam edəcək.
Milli.Az