Türkiyə və ABŞ arasındakı mövcud problemlərin həlli üçün ABŞ-a gedən türk nümayəndə heyətinin Dövlət Departamentinin səlahiyyətliləri ilə keçirdiyi görüş başa çatıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önal və ABŞ-ın dövlət katibinin köməkçisi Con Sullivanın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş təxminən 50 dəqiqə davam edib.

Görüşdən sonra hər hansı açıqlama verilməyib.

Türkiyə nümayəndə heyəti ikinci görüş ABŞ-ın Maliyyə Nazirliyinə gəlib.