Ermənistanın Milli Təhlükəsizlik Xidməti faktiki olaraq sabiq baş nazir Ovik Abramyana adi olan keçmiş mexanika-təmir zavodunun ərazisində böyük miqdarda silah-sursat aşkar edib.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu haqda Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzindən bildiriblər.
Zavod faktiki olaraq keçmiş baş nazirə məxsus olsa da, Abik Qevoryanın adına rəsmiləşdirilib. İdarədən verilən məlumata görə, avqustun 6-da zavodun ərazisində Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidmətinin əməkdaşları axtarış keçiriblər. Nəticədə, 3 qumbaraatan, 7 “AK-74” avtomatı, 2 snayper tüfəngi, 3 ov tüfəng, 2 tapança və külli miqdarda patron aşkarlanıb.
“Abik Qevorkyan və Ovik Abramyanın qardaşı Henrix Abramyan (parlamentin keçmiş deputatı – red.) saxlanılıb”, - xəbərdə qeyd edilir.