Çin ABŞ-ın idxal etdiyi məhsullara əalvə 25% gömrük rüsumu tətbiq etməsinə cavabını gecikdirməyib.

Publika.az xəbər verir ki, rəsmi Pekin ABŞ-ın 16 milyard dollar dəyərində müxtəlif çeşidli məhsullarına 25% əlavə gömrük rüsumu tətbiq edəcəyini bildirib.

Bu barədə Çinin Ticarət Nazirliyindən açıqlama verilib. Açıqlamada əlavə gömrük rüsumunun ABŞ-da istehsal edilən neft və avtomobillərə də aid ediləcəyi qeyd edilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Çindən idxal edilən 16 milyard dollarlıq məhsullara 25% əlavə gömrük rüsumu tətbiqinin ikinci mərhələsinin 23 avqustda başlayacağını bildirmişdi.

Zümrüd