"Çukur" serialında rol alan aktyor Erkan Kolçak aktrisa Cansu Tosunla ailə qurur.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlüyün toyu avqustun 20-də Antalyada baş tutacaq. Bir ildir nişanlı olan ikilinin toya yalnız ailələri və yaxın dostlarını dəvət edəcəyi iddia olunur.

Qeyd edək ki, Erkan və Cansu "Familya" adlı serialda tanış olublar. 

Milli.Az