Yəmən: bombardmanlar öz yerini siyasi dialoqa verir
Bakı, 22 aprel, AZƏRTAC
Səudiyyə Ərəbistanının başçılığı ilə “ərəb koalisiyası” Yəməndə üsyançılara qarşı hərbi-hava əməliyyatlarının başa çatdığını elan edib. Bundan sonra onun yerini siyasi-diplomatik və lazım gələrsə, hərbi tədbirlər tutacaq.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, koalisiyanın rəsmi nümayəndəsi general Əhməd Əsiri bombardmanların sona yetməsinin hərbi əməliyyatların avtomatik başa çatması demək olmadığını və alyansın mümkün hərbi əməliyyatlara öz bildiyi kimi reaksiya vermək hüququnu özündə saxladığını qeyd edib. Onun sözlərinə görə, əməliyyatlar hədəflərinə yetişib, qanun qorunub və yəmənlilər indi əvvəlki kimi təhlükədə deyillər.
Eyni zamanda, Taiz şəhərində “Ənsar Allah” hərəkatının tərəfdarları, husi-şiə üsyançıları ilə Prezident Abd Rabbo Mansur Hadiyə loyal qüvvələr - yerli əhalidən təşkil olunmuş könüllülərdən ibarət xalq müqavimət komitəsi arasında küçə döyüşləri qızışıb. Sonuncular üsyançıları şəhərdən çıxarmağa və “onları çıxdıqları mağaralara yenidən qovmağa” söz veriblər.
Bu arada alyans qüvvələri husilərə silah çatdırılmasının qarşısını almaq üçün Yəmənin dəniz blokadasını da gücləndirib. Aprelin 19-da ABŞ bu ölkənin sahillərinə təyyarə daşıyan “Teodor Ruzvelt” gəmisi və “Normandiya” raket kreyserini göndərib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10