[ 22 Aprel 2015 12:55 ]


İmişli. Əlibəy Zeynallı - APA. İmişli rayonunda qətl hadisəsi baş verib.

İmişli rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə ötən gecə saat 24.10 radələrində rayonun Qaragüvənlikli kəndində qeydə alınıb.

 

Həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Tağıyev Vüsal Atamoğlan oğlu şəxsi mübahisə zəminində bibisi qızı, 1994-cü il təvəllüdlü Hüseynova Emilya Bahadır qızını kürək nahiyəsindən bıçaqlayıb. E. Hüseynova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Vüsal Tağıyev həbs edilib.

 

Fakta bağlı İmişli rayon Prokurorluğunda cinayət işi açılıb araşdırma aparılır.