Birləşmiş Ştatlar Rusiyanı qoşunlarını Abxaziya və Cənubi Osetiyadan çıxarmağa çağırır.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bildirib.

"ABŞ Rusiyanı qoşunları 2008-ci il müdaxiləsinə qədər olduğu mövqelərə aparmağa çağırır”, - o brifinq zamanı qeyd edib.

Dövlət Departamentinin rəsmi nümayəndəsi əlavə edib ki, ABŞ Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləyir.