Moskvada Mərkəzi Afrika Respublikasında öldürülmüş jurnalistlər - Orxan Camal, Aleksandr Rastorquyev və Kiril Radçenkonun dəfn mərasimi keçirilib.

Jurnalistlər iyulun 31-i Mərkəzi Afrika Respublikasında səfərdə olarkən öldürülüblər.

Onların MAR-a sənədli film çəkilişləri üçün getdikləri bildirilir.

Öldürülən jurnalistlərin yaxınlarının istəyi ilə dəfn mərasimləri ayrı-ayrı yerlərdə keçirilib.

Müharibə müxbiri olan Orxan Camalla vida mərasimi Moskvanın "Mir" prospektində yerləşən məsciddə keçirilib

Orxan Camal kimdir?

Orxan Camal, Azərbaycan əsilli müsəlman fəal, Rusiya İslam Komitəsinin təsisçisi və sabiq sədri Heydər Camalın oğludur.

51 yaşlı Orxan Camal Veçernaya Moskva, Nezavisimaya Qazeta, Novaya Qazetavə digər qəzetlərdə işləyib.

O, hərbi müxbir olaraq Şimali Qafqaz, Cənubi Osetiya, Əfqanıstan, İraq və Suriya kimi müharibə zonalarında işləyib.

Milli.Az